2024.07.03
Hidrobiologiya laboratoriyasının əməkdaşları Xəzərin Kürağzı hissəsi və Aşağı Kür ərazilərində ekspedisiyada olmuşlar
ARETN Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri Ə.G.Cəlilov, S.İ.Əliyev, böyük elmi işçisi N.Ş Şamionova və böyük laborant A.M. Əliyevanın Xəzərin Kürağzı hissəsi və Aşağı Kür ərazisində 20.06-25.06.2024-cü il tarixlərində ekspedisiyada olmuşlar.Tədqiqat dövründə Cənubi Xəzərin qeyd olunan müxtəlif ərazilərindən bentik orqanizmlərə aid 8 ədəd, zooplanktona aid 8 ədəd, bioloji örtüyə dair 7 ədəd nümunə toplanmışdır. Tədqiqat zamanı sürütmə tora isə (qarabel siyənək, Xəzər şişqarını, adi kilkə, iriboğaz xul, qumluq xulu, Xəzər aterini və Xəzər iynəbalığı) 28 ədəd balıq düşmüşdür.Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.