XƏBƏRLƏR
2064 Arxiv

2024.07.01

ARETN Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası Ural bölməsinin akademik N.P.Laverov adına Arktikanın Kompleks Tədqiqi Federal Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

10 may 2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyası Ural bölməsinin akademik N.P.Laverov adına Arktikanın Kompleks Tədqiqi Federal Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Elmi-tədqiqat qurumları arasında əməkdaşlıq əlaqələrinə 2023-cü ilin iyul ayında başlanmış, REA Ural bölməsinin Biomüxtəliflik Mərkəzindən bioloqlar AR ETN Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə Rusiya Elm Fondunun layihəsi (№21-14-00092) çərçivəsində Azərbaycan ərazisində tədqiqatlar aparmışlar. Layihə bəzi növləri invaziv olan Corbicula cinsinə aid şirinsu ikitaylı molyusklarının tədqiqinə həsr olunmuşdur.  

N.P.Laverov adına Arktikanın Kompleks Tədqiqi Federal Tədqiqat Mərkəzi ilə ARETN Zoologiya İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində şirin su onurğasızları faunası, həmçinin həşəratlar və hörümçəkkimilərin müxtəlif qruplarının inventarlaşdırılması, tədqiqi istiqamətində birgə elmi işlərin davam etdirilməsi üçün razılıq əldə edilmişdir. Müqavilə çərçivəsində həmçinin Şimali Rusiya və Azərbaycanın daxili su hövzələrində birgə ixtioloji tədqiqatların aparılması, kadr hazırlığı və s. işlərin  yerinə yetirilməsi nəzərdə tutulur.

https://fciarctic.ru/Articles/Lavyorovskiy-centr-ukreplyaet-svyazi-s-naukoy-Azerbaydjana-