XƏBƏRLƏR
1888 Arxiv

2024.07.01

Quru onurğalıları laboratoriyasının əməkdaşı Zəngilan rayonunda ekspedisiyada olub

AR ETN Zoologiya İnstitutu Quru onurğalıları laboratoriyasının əməkdaşı b.ü.f.d., dosent Gülbəniz Qasımova 12-14 iyun 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunda ekspedisiyada olmuşdur. Ekspedisiya müddətində quru onurğalıları faunasının öyrənilməsi məqsədi ilə rayon ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda və Arazboyu Dövlət Təbiət Yasaqlığında tədqiqat aparılmışdır.

Qeyd edək ki, işğaldan azad edildikdən sonra Arazboyu DTY ərazisində ilk dəfə olaraq fauna növlərinin mövcud vəziyyətini öyrənmək məqsədi ilə zooloji monitorinq aparılmışdı.