XƏBƏRLƏR
379 Arxiv

2024.07.01

Dissertassiya şurasının növbəti iclası keçirilib

28 iyun 2024-cü il tarixində ETN Zoologiya institutunun növbəti iclası keçirilib. ARETN Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d  dosent Saleh İltizam oğlu Əliyev 2401.01- “Zoologiya” ixtisasında biologiya elmləri üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi  AMEA-nın müxbir üzvi biologiya elmlər doktoru, professor İlham Xəyyam oğlu Ələkbərovdur.

Sonda Saleh İltizam oğlu Əliyev 2401.01- “Zoologiya” ixtisasında “Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)” adlı dissertasiya mövzusunun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.