2024.06.28
ARETN Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib
28 iyun 2024-cü il tarixində Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilmişdir. İclası giriş sözləri ilə açan institutun baş direktoru, a.e.ü.f.d., dosent Ələddin Eyvazov 2024-cü ilin 11-12 iyun tarixlərində keçirilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfransın nəticələri haqqında şura üzvlərinə məlumat verib.
Daha sonra institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov Beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi məqsədilə “İmpakt faktor balı” və “İstinad balı” göstəriciləri əsasında elmi iş müəlliflərinin müəllif balının hesablanması üçün komissiyanın yaradılması haqqında və Parazitologiya laboratoriyasının müdiri b.e.d., dosent Asif Manafov “Səbəb-nəticə münasibətləri mövqeyindən parazitizmə baxış” haqqında məruzələrlə çıxış ediblər.
İnstitutun təhsil şöbəsinin müdiri b.ü.f.d Şəfa Xasayeva çıxışı zamanı 2024-cü il tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul haqqında məlumat verib.
Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.