XƏBƏRLƏR
509 Arxiv

2024.06.25

Zoologiya İnstitutunda doktorant və dissertantların doktorluq (minimum) imtahanları keçirilir

25 iyun 2024-cü il tarixində 2401.01-Zoologiya ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda yay imtahan sessiyasında fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların doktorluq (minimum) imtahanları keçirilib.

İmtahan komissiyasının sədri, İnstitutun baş direktoru, a.e.ü.f.d.,dosent Ələddin Eyvazov, sədr müavini, b.e.d., dosent Elşad Əhmədov, komissiyanın üzvləri, AMEA-nın müxbir üzvü, professor İlham Ələkbərov, b.e.d., dosent Asif Manafov və Təhsil şöbəsinin müdiri, b.ü.f.d., Şəfa Xasayevanın iştirakı ilə təşkil olunan imtahanda iddiaçı imtahan suallarına  şifahi və yazılı olaraq  cavab vermiş, onun cavabları komissiya üzvləri tərəfindən müvafiq ballarla qiymətləndirilmişdir.