XƏBƏRLƏR
1107
Arxiv
2024.06.24
Zoologiya İnstitutunun elmi katibi Laçın və Şuşa şəhərlərində fauna növlərini qeydə almışdır
Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva tərəfindən 17-19 iyun tarixlərində Laçın və Şuşa şəhərlərində faunaya aid növlər qeydə alınmışdır. Həkəri çayında ixtioloji tədqiqatlar zamanı çay qızılxallısı (Salma fario), Araz xramulyası (Capoeta sevangi) və Kür gümüşcəsi (Alburnun filippi), eyni zamanda reptililərdən çanağı zədələnmiş şəkildə 25-26 yaşlı Aralıq dənizi tısbağası (Testudo graeca), Şuşa, Cıdır düzünün qayalıq ərazisində Qafqaz aqaması (Paralaudakia caucasia) qeydə alınmışdır.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.