2024.06.14
Zoologiya İnstitunun keçirdiyi beynəlxalq elmi-praktik konfrans «Бакинский рабочий» qəzetində işıqlandırılıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsinə həsr edilmiş “Qlobal iqlim dəyişilmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda 11 iyun 2024-cü il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən beynəlxalq elmi-praktik konfrans «Бакинский рабочий» qəzetində işıqlandırılıb. Bu səbəblə qəzetin redaksiya heyətinə öz dərin təşəkkürümüzü bildiririk.
https://br.az/society/72837/