2024.06.14
Hidrobiologiya laboratoriyasının əməkdaşları Xəzərin Bəndovan ərazisində ekspedisiyada olmuşlar
ARETN Zoologiya institutunun Hidrobiologiya laboratoriyasının müdiri b.ü.f.d.,dosent Süleymanov Süleyman Şakir oğlu və kiçik elmi işçisi İbrahimova Nigar Eldar qızı AR-da 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı tədbirlər planının müvafiq bəndinin icrasi üçün Xəzərin Bəndovan ərazisində monitorinq keçirmişlər. Monitorinq zamanı Xəzər qızılbalığı körpələrinə rast gəlinmişdir. Sürütmə tora birillik balıqlarla yanaşı ikiillik balıqlar da düşmüşdür. Havanın temperaturunun yüksək olması ilə əlaqədar olaraq sahilyanı zonalarda balıqlara az rast gəlinmişdir. Onlar daha çox dənizin dərin qatlarına üstünlük vermişdilər.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.