XƏBƏRLƏR
610 Arxiv

2024.06.11

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Abşeronun Buzovna, Mərdəkan və Zirə qəsəbəsi ərazilərində ekspedisiyada olmuşlar

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq AR ETN Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları Abşeronda zeytun milçəyinin (Bactrocera oleae Rossi,1790) və zeytun ballıcasının (Euphyllura olivine Costa,1839) bioekoloji xüsusiyyətləri və onun entomofaqlarının tədqiqi mövzusuna aid tədqiqat materialları toplamaq üçün may ayının ikinci yarısında Abşeronun Buzovna, Mərdəkan və Zirə qəsəbəsi ərazilərinə ekspedisiya təşkil edilmiş, ərazilərdə yerləşən zeytun bağlarında, həmçinin Yasamal parkı və yol kənarlarında bitən zeytun bitkilərində monitorinqlər aparılmışdır. Aparılan monitorinqlər zamanı bəzi ərazilərdə zeytun bitkilərinin üzərində zeytun ballıcası-Euphyllura olivina (Costa,1839) və zeytun meyvə milçəyi-Bactrocera oleae (Rossi, 1790) aşkar olunmuşdur. Zərərvericilər və onların entomofaqlarına aid materiallar toplanaraq növ mənsubiyyətinin təyin edilməsi və onların bəzi bioekoloji xüsusiyyətlərinin izlənməsi üçün laboratoriyaya gətirilmişdir.  Müşahidə və eksperimental tədqiqatlar davam etdirilir.