2024.06.10
Quru onurğalıları laboratoriyasının əməkdaşları Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olmuşlar
AR ETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, aparıcı elmi işçi, b.ü.f.d. Gülbəniz Qasımova və laborant Zivərxanım İbrahimli “Azərbaycanın Böyük Qafqaz təbii vilayətinin dağ və dağətəyi ərazilərində yayılmış amfibi (Amphibia) və reptili (Reptilia) növlərinə təbii və antropogen amillərin təsirinin qiymətləndirilməsi” mövzusuna aid tədqiqat materialları toplamaq üçün 03.06 -06.06.2024 tarixində Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olmuşlar. Ekspedisiya müddətində sel və daşqınlar olmuş Dəmirçiçay və Girdmançayın sahillərində, Şamaxı – İsmayıllı istiqamətində yeni çəkilən magistral avtomobil yolunun ətraf ərazilərdə (bozqır yamaclar, ağaclıqlar və s.) amfibi və reötililərin biotoplarında baş verən dəyişiliklər qeydə alındı.