XƏBƏRLƏR
124 Arxiv

2024.06.07

ARETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib

7 iyun 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun Elmi seminarının növbəti islası keçirilib. İnstitutun baş direktoru, a.e.ü.f.d, dosent Ələddin Eyvazovun sədrliyi ilə keçirilən iclasda Parazitologiya laboratoriyasının elmi işçisi Suman Məmmədhəsənovanın “Kartof bitkisinin Meloidogyne cinsindən olan nematodlarla yoluxması və onun yayılmasına qarşı mübarizə tədbirləri” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə həmçinin, institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov, Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Reyhan İbrahimova da çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıb.