XƏBƏRLƏR
123 Arxiv

2024.06.07

Zoologiya İnstitutunda “Rəhbər heyətin mülki müdafiə məşqi”nin növbəti iclası keçirilib

7 iyun 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun akt zalında, Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili mövzusunda “Rəhbər heyətin mülki müdafiə məşqi”nin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili mövzusunda məruzə ilə çıxış edib.