XƏBƏRLƏR
123 Arxiv

2024.06.05

Zoologiya İnstitutunun Protozologiya laboratoriyasının müdiri İlham Ələkbərova həsr edilmiş biblioqrafik göstərici nəşr olunub

AMEA-nın müxbir üzvi Zoologiya İnstitutunun protozologiya laboratoriyasının müdiri İlham Xəyyam oğlu Ələkbərova həsr edilmiş biblioqrafik göstərici nəşr olunub. Biblioqrafik göstərici AMEA RH Qərarı əsasında Mərkəzi Elmi Kitabxananın Biblioqrafik nəşrlər şöbəsinin baş biblioqrafı Afət Məmmədova tərəfindən tərtib edilib.

Bu nəşr İlham Xəyyam oğlu Ələkbərovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını - kitab, məqalə və məruzələrini və s. əks etdirir. Bundan əlavə, kitaba alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışları, elmi-tədqiqat və s. daxil edilmişdir.

Biblioqrafik göstərici biologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.