XƏBƏRLƏR
308 Arxiv

2024.05.30

Quru onurğalıları laboratoriyasının əməkdaşları Qax rayonunda ekspedisiyada olmuşlar

ARETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, aparıcı elmi işçi, b.ü.f.d. Gülbəniz Qasımova və laborant Zivərxanım İbrahimli 20-26 may 2024-cü il tarixlərində Qax rayonunda ekspedisiyada olmuşlar. Ekspedisiya müddətində tədqiq olunan ərazilərdə aprel - may aylarında sel və daşqınlar olan iri çayların sahil boyu daşlıqlarında, kolluqlarında vizual müşahidələr aparılmışdı. Sel və daşqın nəticəsində sahilyanı biotoplarda amfibi və reptili popiulyasiyalarına neqativ təsir göstərə biləcək dəyişiliklər öyrənilmişdir.