XƏBƏRLƏR
354 Arxiv

2024.05.29

ARETN Zoologiya İnstitutunun əməkdaşları Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Elmi Araşdırmalar Mərkəzində keçirilən Elmi şuranın iclasında iştirak ediblər

23 may 2024 –cü il tarixində Zoologiya institunun “Parazit -sahib münasibətlərinin biokimyası” laboratoriyasının əməkdaşları baş elmi işçi, b.e.d., prof. Topçiyeva Şəfiqə və böyük laborant Məmmədova Südabə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Elmi Araşdırmalar Mərkəzində keçirilən Elmi şuranın iclasında iştirak etmişlər. B.e.d., professor Topçiyeva Şəfiqə gürzə zəhərinin qan hüceyrələrinə təsirinin eksperimental öyrənilməsi ilə bağlı “Zaqafqaziya gürzəsi zəhərinin farmokoloji və toksikoloji xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirdə Zoologiya İnstitutunun Parazit-sahib münasibətlərinin biokimyası laboratoriyası ilə Azərbaycan  Tibb Universitetinin Elmi Araşdırmalar Mərkəzinin nəzdində Toksikologiya və Farmakologiya laboratoriyası (laboratoriya rəhbəri b.e.d. Rəna Cəfərova)  arasında birgə elmi-tədqiqat işlərinin aparılması barədə qərar qəbul edilmişdir.