2024.05.27
Paleozoologiya laboratoriyasının müdiri Samux və Şəmkir rayonlarında ekspedisiyada olmuşdur
Paleozoologiya laboratoriyasının müdiri v.i.e., b.ü.f.d., dosent K.A.Tapdıqova və Mingeçevir Elmi Bazasının elmi işçisi Kazım Məmmədov “Yenikənd su anbarlarının zooplanktonunun tədqiqi” mövzusu üzrə Samux və Şəmkir rayonlarında ekspedisiyada olmuşdur. Ekspedisiya müddətində Samux və Şəmkir rayonlarının ərazisində Yenikənd su anbarlarının yuxarı, orta və aşağı hissələrindən zooplankton nümunələri toplanıldı. Dərinliyi 0,7-1,2 m olan dayaz su sahələrində hər stansiyada Apşteyn torundan 100 l su süzüldü, mərkəzi hissələrində isə avarlı qayıqdan istifadə etməklə material toplanıldı. Kəmiyyət nümunələrinin toplanılması üçün böyük ölçülü Apşteyn torundan istifadə edildi. Keyfiyyət nümunələri su anbarlarnın sahil zolağındakı lil, qum və daş biotopundan, lilli-qum, bitki biotoplarından (makrofitlərin inkişaf etdiyi sahil suları) götürülmüşdür. Ümumilikdə 27 hidrobioloji nümunə toplanıldı.