XƏBƏRLƏR
921 Arxiv

2024.05.16

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

16 may 2024-cü il tarixində ETN Zoologiya İnstitutunda BED. 1.09 Birdəfəlik Dissertasiya şurasının nəzdində elmi seminarın  növbəti iclası keçirilib. Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent  Saleh İltizam oğlu Əliyevin 2401.01-“Zoologiya” ixtisasında biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)” mövzusunda dissertasiya işinin  müzakirəsi keçirilib. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, b.e.d., prof. İlham Xəyyam oğlu Ələkbərovdur.

Sonda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq, b.ü.f.d., dosent Saleh İltizam oğlu Əliyevin “Azərbaycan çaylarının makrozoobentosu (növ tərkibi, miqdarı, ekologiyası, zoocoğrafi analizi və mənşəyi)” adlı dissertasiya işi müdafiə üçün növbəti mərhələyə buraxıldı.