XƏBƏRLƏR
484 Arxiv

2024.06.07

ETN Zoologiya İnstitutunda yay sessiyası üzrə doktorluq imtahanı keçiriləcək

7 iyun 2024-cü il, saat 11:00-da AR ETN Zoologiya İnstitutunda 2024-cü tədris ilində yay imtahan sessiyasında ixtisas fənnləri (2401.01-Zoologiya, 2413.01-Entomologiya, 2429.01-Parazitologiya) üzrə doktorluq (minimum) imtahanları keçiriləcəkdir.

İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar 31 may 2024-cü il tarixinədək aşağıdakı sənədləri Zoologiya İnstitutunun Təhsil şöbəsinə təqdim etsinlər:

  1. Şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
  2. İddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktorantı (dissertantı) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.

2401.01-ZOOLOGİYA-minimum Proqramı 2023.pdf 

2413.01-Entomologiya minimum proqramı 2023.pdf 

2429.01 Parazitologiya minimum imtahani proqramı 2023.pdf