XƏBƏRLƏR
653 Arxiv

2024.03.18

Dissertasiya şurasının növbəti iclası keçirilib

15 mart 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya laboratoriyasının dissertantı Arzu İnşalla qızı Bədirovanın 2429.01“Parazitologiya”  ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran-Astara iqtisadi rayonunda ibtidai bağırsaq parazitlərinin (Eimeria, Cryptosporidium) bioekoloji xüsusiyyətləri və kimyəvi profilaktika tədbirləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri b.ü.f.d Sevinc Əlibaba qızı Məmmədovadır. 

Sonda Arzu İnşalla qızı Bədirovanın 2429.01 “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran-Astara iqtisadi rayonunda ibtidai bağırsaq parazitlərinin (Eimeria, Cryptosporidium) bioekoloji xüsusiyyətləri və kimyəvi profilaktika tədbirləri” adlı dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.