XƏBƏRLƏR
1412 Arxiv

2016.10.11

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçiriləcək

Oktyabrın 12-də saat 15:00-da Akademiyanın Əsas binasında AMEA-nın Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçiriləcək.

İclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul işçiləri iştirak edəcəklər.

İclasın gündəliyinə AMEA-nın elmi müəssisələrinin illik hesabatları, AMEA-nın magistraturasına qəbul planı, II Elm Festivalının keçirilməsi, Təcrübə-Sənaye Zavodunda görülmüş işlər, Akademiya əməkdaşlarının uzunmüddətli xarici ezamiyyətləri və SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi kimi məsələlər daxildir.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115. 

http://science.az/news/open/4330