XƏBƏRLƏR
540 Arxiv

2023.06.02

ARETN Zoologiya İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

AMEA Prezidentinin 12 may 2023-cü il tarixli 91 nömrəli sərəncamına əsasən 2023-cü il iyun ayının 1-dən 2023-cü il iyul ayının 5-dək AMEA-nın magistrantlarının yay imtahan sessiyası keçiriləcək. İmtahanlara nəzarət etmək üçün aşağıdakı tərkibdə komissiya (Sədr: a.e.ü.f.d., dosent. Ələddin Qismət oğlu Eyvazov, katib: b.ü.f.d. Şəfa İlqar qızı Xasayeva, üzvlər: b.ü.f.d., dos. Barat Əbdül oğlu Əhmədov, b.ü.f.d., dos. İlhamə Qüdrət qızı Kərimova, b.ü.f.d., dos. Ellada Ağaməlik qızı Hüseynova) yaradılıb. 
Qeyd edək ki, “Entomologiya” ixtisaslaşması üzrə təhsil alan magistrantlar 02 iyun-03 iyul tarixləri arasında müvafiq ixtisaslaşma fənnləri üzrə 4 imtahan verəcəklər: “Heyvanların müqayisəli anatomiyası”, “Həşəratların anatomiya və fiziologiyası”, “Həşəratların sistematikası”, “Həşəratların morfologiyası”.