XƏBƏRLƏR
434 Arxiv

2023.06.01

Məktəblilər 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Zooloji Muzeyi ziyarət edib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, Rövşən Nəsirov adına 111 saylı məktəbin şagirdləri ARETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyi ziyarət ediblər.
Məktəblilər muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlər ilə yaxından tanış olub və onlara muzeyin bələdçiləri tərəfindən heyvanların ekoloji xüsusiyyətləri ilə bağlı məlumatlar verilib.
Qeyd edək ki iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.