XƏBƏRLƏR
564 Arxiv

2023.05.24

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçiləri, b.e.d., dosent TahirKərimov və b.ü.f.d. Gülbəniz Qasımova, Hidrobiologiya laboratoriyasının müdiri v.i.e, b.ü.f.d. dosent Süleyman Süleymanov 15-17 may 2023-cü il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilaçılığı ilə Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar. Ekspedisiya müddətndə qoruğun quru onurğalıları faunası, həmçinin qoruq ərazisndəki su hövzələrinin hidrofaunası tədqiq edilib. Qoruq ərazisində amfibi, reptili, quş və məməlilərin növ müxtəlifliyi öyrənilmiş, rast gəlinən növlərin biotopları və işğal dövründə biotoplara təsir edən mənfi amillər müəyyən edilib. Eyni zamanda Bəsitçayın müxtəlif hissələrindən hidroloji, hidrokimyəvi və hidrobioloji nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya gətirilib