XƏBƏRLƏR
426 Arxiv

2023.05.19

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı ekspedisiyada olub

ARETN Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi 10 – 16 may 2023-cü il tarixlərində Lənkəran – Astara iqtisadi rayonunun Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında yerləşən bir neçə arıçılıq təsərrüfatlarında ekspedisiyada olub.  Ekspedisiya müddətində arıxanalara baxış keçirilmiş, zəif və şübhəli arı yeşiklərindən nümunələr götürülərək laboratoriyaya gətirilib. Alınmış nümunələr üzərində arıların zərərvericiləri, parazitar, fungal (göbələk) və viral (virus) xəstəlikləri tədqiq olunacağı bildirib.