XƏBƏRLƏR
102
Arxiv
2023.05.18
Zooloji muzeydə "açıq qapı" günü
18 may dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər. Dayanıqlılıq və rifah” devizi seçilib.
Hər il ənənəvi olaraq 18 may muzeylər günündə ARETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji muzey də qapılarını qonaqlarının üzünə açıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.