XƏBƏRLƏR
548 Arxiv

2023.05.12

Zoologiya İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyası keçirilib

12 may 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının bir il ərzində gördüyü işlərin yoxlanılması məqsədilə attestasiyası keçirilib.
Attestasiyasının keçirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazovun 29 mart 2023-cü il tarixli 91 k. nömrəli əmri ilə Attestasiya Komissiyası yaradılmışdır (Sədr: a.e.ü.f.d., dos. Ə. Eyvazov, katib: b.ü.f.d. Ş. Xasayeva, üzvlər: b.e.d., E. Əhmədov, b.e.d., dos. A. Manafov, b..ü.f.d., dos. G. Hüseynzadə, b.ü.f.d., dos. B. Əhmədov, b.ü.f.d., dos. S. Süleymanov).
Doktorant və dissertantlar bir il ərzində yerinə yetirdikləri işlər haqqında hesabat verib və attestasiya komissiyasının üzvlərinin suallarını cavablandırıb.
Sonda Attestasiya komissiyasının üzvləri onlara öz təklif və tövsiyələrini bildiriblər.