XƏBƏRLƏR
491 Arxiv

2023.03.17

ARETN Zoologiya Institutunda II kurs magistrantlarının hesabatı keçirilib

Martın 16-da ARETN Zoologiya institutunun Kitabxanasında BDU – nun Zoologiya və fiziologiya kafedrasının II kurs magistrantlarının hesabatı keçirilib.
Hesabatda institutun baş direktoru a.e.ü.f.d., dosent Ələddin Eyvazov, icraçı direktor, b.ü.e.d. Elşad Əhmədov, Elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva, Təhsil şöbəsinin müdiri b.ü.f.d., Şəfa Xasayeva, laboratoriya müdirləri və digər əməkdaşlar iştirak ediblər. İclasda magistrantlar bir ay (16 fevral-16 mart) ərzində institutun müxtəlif şöbə və laboratoriyalarında elmi-tədqiqat təcrübəsi zamanı öyrəndikləri nəzəri və praktiki vərdişlərdən bəhs etmişlər, onlara verilən sualları cavablandırıblar.