XƏBƏRLƏR
628 Arxiv

2023.03.07

Zoologiya İnstitutunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib

7 mart 2023-cü il tarixində AMEA Zoologiya İnstitutunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru v.i.e, a.e.ü.f.d Ələddin Eyvazov açıb. O, bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların ictimai-siyasi həyatda fəal iştirakı və ölkənin mədəni, pedaqoji, elmi həyatında misilsiz nailiyyətlərindən danışaraq institutun qadın kollektivini təbrik edib, onlara can sağlığı, uzun ömür, səadət və firavan həyat
arzulayıb. Daha sonra, institutun elmi və ictimai fəaliyyətində aktiv iştirak edən bəzi əməkdaşlar rəhbərlik tərəfindən Fəxri Fərmanlarla təltif olunub.