XƏBƏRLƏR
501 Arxiv

2023.03.01

Zoologiya İnstitutunda 1 mart Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

1 Mart 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunda Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib. İclasda  İnstitutun Mülki Müdafiə qərargah rəisi  Anar Əliyev “Ümumdünya Mülki Müdafiə günü” və “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzularında məruzə ilə çıxış edib. İnstitutun əməkdaşlarına Mülki Müdafiyə haqqında  qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, fövqəladə hallar zamanı insanların təhlükəsizliyinin təmin edilmə üsul və vasitələri işçilərə izah olunub.

Sonda fövqəladə hallar zamanı ilk yardım və təhlükəsizlik tədbirlərini əks etdirən videoçarx nümayiş olunub.