XƏBƏRLƏR
611 Arxiv

2023.02.20

Zoologiya institutunun Elmi şurasının növbəti iclası keçirilib

17 fevral 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun  direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. Daha sonra Ə.Eyvazov İnstitut kollektivi adından Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d., dosent Barat Əhmədovun   anadan olmasının 75, elmi fəaliyyətinin isə 50 illik yubileyi münasibəti ilə təbrik edərək, institutun Fəxri fərmanı ilə təltif edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2022-ci il tarixli 819 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi”nə dair Tədbirlər Planında nəzərdə tutulmuş müvafiq bəndlərin icrası üçün məlumat verib.

İclasda icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov 2023-cü il üçün elmi-tədqiqat işlərinin mərhələləri, fərdi iş planları haqqında məruzə ilə çıxış edib.

 Elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva Bakı Dövlət Universitetinin II kurs magistrların Zoologiya İnstitutunda istehsalat təcrübələrinin keçirilməsi haqqında, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Şəfa Xasayeva isə magistr  tədris proqramlarının (Sillabus) təstiq edilməsi haqqında məlumat verib.

Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.