XƏBƏRLƏR
719 Arxiv

2023.02.02

2 Fevral Ümumrespublika Gənclər günüdür

Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunda Gənclər gününə həsr olunan tədbir keçirilib.

Tədbiri  Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açıb. O nitqində bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq edildiyini, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu, 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladığını, qərarın Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi olduğunu öz çıxışında vurğulayıb. O, gənc alimləri bu gözəl gün münasibəti ilə təbrik edib, onlara işlərində nailiyyətlər arzulayıb.

Daha sonra İcraçı direktor biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Quru onurğalıları laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Nadirli çıxış ediblər.

Tədbirdə rəhbərlik tərəfindən İnstitutun bir sıra gəncləri elmi və ictimai fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub.

Sonda gənclər gününə həsr olunan videoçarx nümayiş olunub.

GƏNCLƏR GÜNÜ videoçarx