XƏBƏRLƏR
111 Arxiv

2023.01.17

Gənc Alim və Mütəxəssislər Şurasının cari ildə ilk iclası keçirilib

17 yanvar 2023-cü il tarixində, AR ETN Zoologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının cari ildə ilk iclası keçirilib.
İclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Leyla Nadirli Şuranın 2023-cü il üçün nəzərdə tutulan tədbirlər planı barədə məlumat verərək, növbəti tarixlərdə keçiriləcək tədbirləri və məruzə ilə çıxış edəcək gənclərin siyahısını təqdim edib.
Daha sonra, gənc alimlərdən k.e.i. Rəfiqə Qazi, e.i. Suman Məmmədhəsənova, k.e.i. Nigar Mehdiyeva, e.i. Sevinc Rəcəbova və böyük laborant Xatirə Qəhrəmanlı keçiriləcək seminarların mövzuları barədə çıxış ediblər.
Bundan əlavə, beynəlxalq jurnallar, konfranslar, təlimlər və layihələr barədə fikir mübadiləsi aparılıb.
İclasın sonunda gənclərin asudə vaxtının səmərəli keçirilməsi və digər müxtəlif məsələlər barədə fikirləri və təklifləri ayrı-ayrılıqda dinlənilərək geniş müzakirə edilib.