XƏBƏRLƏR
595 Arxiv

2022.12.28

Zoologiya institutunun Elmi şurasının sonuncu iclası keçirilib

28 dekabr 2022-ci il tarixində ARETN Zoologiya İnstitutunda elmi şuranın sonuncu iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun  direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. Daha sonra Ə.Eyvazov İnstitut kollektivi adından Quru onurğalılar  laboratoriyasının aparıcı elmi işçisi b.e.d.,dosent  Tahir  Ərşad oğlu Kərimovu  75 illik yubileyi münasibəti ilə təbrik edib,institutun Fəxri fərmanı ilə təltif edib, işlərində uğurlar arzuladı.

İclasda icraçı direktor, b.e.d.,dosent Elşad Əhmədov 2023-cü il üçün elmi-tədqiqat işlərinin mərhələləri barəsində məruzə ilə çıxış edib.

 Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Gülbəniz Nadirova doktorant və dissertantların attestasiyasının nəticələri və 2022/2023-cü tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul olmuş doktorant və dissertantların plan-proqramı və metodikası haqqında  məlumatları şura üzvlərinin diqqətinə çatdırıb. Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.