XƏBƏRLƏR
645 Arxiv

2022.12.12

Zoologiya İnstitutunun əməkdaşları ezamiyyədə olublar

7-9 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının baş elmi işçisi, b.e.d., dosent Asif Manafov və institutun elmi katibi b.ü.f.d., dosent Sara Əliyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu ərazisindən axan Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinqlərin aparılmasını təmin etmək məqsədilə İşçi qrupu ilə birgə növbəti dəfə ezamiyyədə olublar.

Hazırlanmış birgə Fəaliyyət planına əsasən transsərhəd çay olan Oxçuçay hövzəsində kompleks elmi- tədqiqat işləri aparılmış, hidrobiontlara aid materiallar toplanılmışdır. İşçi qrupunda təmsil olunan müvafiq  müəssisələrdə, o cümlədən Zoologiya İnstitutunda materialların analizi həyata keçirilir.