XƏBƏRLƏR
658 Arxiv

2022.12.07

ARETN Zoologiya İnstitutunun elmi işçisi xarici ezamiyyədə olub

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli 15.11-02.12.2022-ci il tarixlərində REA Ural dairəsinin Yekaterinburq şəhəri Bitkilərin və heyvanların ekologiyası İnstitutunda xarici ezamiyyədə olub. Ezamin məqsədi Azərbaycanın Böyük Qafqaz hissəsindən əldə edilən çöl siçanları nümunələrinin molekulyar analizlərinin aparılması, həmçinin laboratoriya və çöl şəraitində çöl siçanlarının kəllə sümüklərinin təmizlənməsi, təpmələrin hazırlanması və kəllə sümüklərinə görə yaşının təyin edilməsi metodlarının öyrənilməsi idi. Elmi-tədqiqat işi “Filogenetika və Bioxronologiya” laboratoriyasında laboratoriya müdiri, b.e.d., dosent A.V.Borodinin rəhbərliyi ilə aparılıb.
Ezamiyyə müddətində çöl siçanları nümünələrindən mitoxondrial DNT-nin cytb geni üzrə nukleotid ardıcıllıqları əldə edilib. Əldə edilmiş sekvenasiya nəticələri MEGA-X və BioEdit programlarında təhlil ediləndən sonra məqalələrdə çap edilib, GenBank bazasında yerləşdiriləcək.