XƏBƏRLƏR
621 Arxiv

2022.11.17

Zoologiya İnstitutunda YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub

Noyabrın 17-də Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov tədbir iştirakçılarını salamladıqdan sonra YAP-ın tarixinin zərurətdən yarandığını xüsusi vurğulayaraq, partiyanın keçdiyi keşməkeşli yoldan bəhs edib. Daha sonra məruzə üçün söz, YAP Yasamal rayonu Zoologiya İnstitutu İlk Partiya Təşkilatının sədri Hafiz Muxtarova verilib. H. Muxtarov, 30 illik müddətdə xalqın güclü etimadını qazanan YAP-ın siyasi fəaliyyətindən və yürütdüyü ideologiyadan ətraflı danışıb. Parazitologiya laboratoriyasının böyük laborantı Aynur Hacıağayeva, həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atan siyasi partiyanın dünəndən bu günə qədər siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Quru onurğalılar laboratoriyasının müdiri vəzifəsini icra edən, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov bildirib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın da ən böyük siyasi təşkilatıdır və Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.