XƏBƏRLƏR
655 Arxiv

2022.11.03

Elmi şurada laboratoriyaların illik hesabatları dinlənilib

3 noyabr 2022-ci il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Protozoologiya, Parazit-sahib münasibətlərinin biokimyası və Parazitologiya laboratoriyalarının illik hesabatları dinlənilib. Müvafiq ardıcıllıqla laboratoriya müdirləri AMEA-nın müxbir üzvü, İlham Ələkbərov, icraçı direktor, b.e.d., dos. Elşad Əhmədov  və b.ü.f.d., dosent Reyhan İbrahimova cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Hesabatlar haqqında çıxış edən institutun icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, biologiya üzrə fəlsəfə doktorları Təvəkkül İsgəndərov və Barat Əhmədov hər üç laboratoriyanın fəaliyyətini qənaətbəxş hesab ediblər.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.