XƏBƏRLƏR
230 Arxiv

2022.10.31

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

31 oktyabr 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, institutun “Tətbiqi Zoologiya Mərkəzinin” əməkdaşı İsgəndərova Günay Zahid qızının 2413.01-Entomologiya ixtisası üzrə “Temperatur və fotoperiodun çuğundur mənənəsinin (aphis fabae scop.) biologiyasina təsiri” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. 

Tədqiqatın elmi rəhbəri b.ü.f.d., dosent Barat Abdul oğlu Əhmədov, rəsmi opponentləri isə b.e.d., prof. Rauf Lütvəli oğlu Sultanov, b.e.d., dosent Kazım Qarakişi oğlu Hüseynov və b.ü.f.d., dosent Zöhrə Yusif qızı Musayevadır.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d., dos. Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. G. İsgəndərova bildirib ki, tədqiqatda Azər­bay­can­da ilk də­fə ola­raq şə­kər çu­ğun­du­ru­nun cid­di zə­rər­ve­ri­ci­lə­rin­dən bi­ri olan çu­ğun­dur yar­paq mə­nə­nə­si­nin (Ap­his fa­bae Scop.) ço­xal­ma və in­ki­şa­fı­na tem­pe­ra­tur və fo­to­pe­rio­dun tə­si­ri ət­raf­lı təd­qiq olun­ub, çu­ğun­dur yar­paq mə­nə­nə­si­nin po­pul­ya­si­ya­sın­da qa­nad­lı morf­la­rın əmə­lə gəl­mə­sin­də fərd­lə­rin sa­yı­nın (sıx­lı­ğın) tə­si­ri öy­rə­nil­ib.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.