2022.10.10
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib
10 oktyabr 2022-ci il tarixində, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın zoom platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclası giriş sözü ilə açan Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov tədbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib.
Müzakirələrdə institutun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov, icraçı direktor, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü, b.e.d., professor İlham Ələkbərov, biologiya elmləri doktorları - Q. Fətəliyev, Ə.Nəsirov, Y.Mahmudova, biologiya üzrə fəlsəfə doktorları – B.Əhmədov, A.Əliyev, A.Məmmədov və başqaları iştirak ediblər.
İclasda Zooloji seksiyaya təqdim edilmiş 2 elmlər və 1 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub. Sonda isə bəzi mövzuların adlarının qismən dəyişilməsi tövsiyə olunub.