XƏBƏRLƏR
775 Arxiv

2022.09.27

Zoologiya İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

27 Sentyabr - Anım Günündə Zoologiya İnstitutunun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül düzüblər.

Daha sonra, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov açaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib.

Ə.Eyvazov tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb. 30 ilə yaxın müddətdə işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

İclasda institutun icraçı direktoru, b.e.d Elşad Əhmədov, YAP Yasamal rayonu Zoologiya İnstitutu İlk Partiya Təşkilatının sədri Hafiz Muxtarov və Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d Barat Əhmədov çıxış edərək Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndiriblər.