XƏBƏRLƏR
143 Arxiv

2022.09.08

AMEA Zoologiya İnstitutunda “Rəhbər heyətin mülki müdafiə məşqi” nin növbəti iclası keçirilib

8 sentyabr 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun akt zalında Mülki Müdafiə Qərargahının “Rəhbər heyətin mülki müdafiə məşqi”- nin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili haqqında söz açıb. Keçirilən məşqin məqsədi, sualları, məşqə cəlb olunanlar və rəhbər sənədlər barədə məlumat verən məruzəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998- ci il tarixli 193 nömrəli Qərarını xatırladaraq AMEA Zoologiya İnstitutunun Mülki Müdafiə planından irəli gələn məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda, fövqəladə hallar zamanı xəbərdarlıq və idarəetmə qaydalarını əks etrdirən video-çarx nümayiş olunub.