XƏBƏRLƏR
885 Arxiv

2022.08.15

Zoologiya İnstitutunun gənc alimləri yay düşərgəsində iştirak ediblər

Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgə”si başa çatıb. AMEA Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Mehdiyeva Nigar və kiçik elmi işçisi Səmədli İntizar avqustun 6-dan 11-dək Lənkəran Olimpiya Kompleksində keçirilən düşərgədə iştirak ediblər. Düşərgənin proqramına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün “Tənqidi düşüncə”, “Beynəlxalq təqaüdlər”, “Gənc alimlərin fərdi və intellektual inkişafı”, “Təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “Akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması”, “Motivasiya və Hədəf”, “Liderlik bacarıqları” təlimləri, “Xəmsə” intellektual-əyləncəli oyunu, şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.

İştirakçılar AMEA Lənkəran Regional Elmi Mərkəzində olub, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, görkəmli alimlərin mühazirələrini dinləyiblər.

Düşərgədə Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Mehdiyeva Nigar İnstitumuzda fəaliyyət göstərən Zooloji Muzey haqqında iştirakçılara məlumat vermişdir. Həmçinin, Zoologiya İnstitutunun kiçik elmi işçisi Quliyeva Gülnar da avqustun 8-dən 13-dək Mingəçevir Kür otelində keçirilən düşərgədə iştirak edib. Əməkdaşlarımız sonda sertifikatla təltif olunublar.