XƏBƏRLƏR
857 Arxiv

2022.08.10

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının  aparıcı elmi işçisi, b.ü.f.d., dosent Süleyman Süleymanov  23.07-05.08.2022-ci il tarixlərində  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” Elmi-Tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektoruna aid olan ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometroloji vəziyyətinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə növbəti kompleks ekoloji monitorinq işini həyata keçirmişdir.

Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanmışdır. Müəyyən edilmişdir ki,  son  illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan  dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti  qənaətbəxşdir, əksinə olaraq  keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı) vəziyyəti isə qənaətbəxş deyildir.