XƏBƏRLƏR
1020 Arxiv

2022.07.29

Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru AMEA Zoologiya İnstitutunda qonaq olub

29 iyul 2022-ci il tarixində Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru b.e.d., REA müxbir üzvü Nikita Çernetsov AMEA Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazovla və institutun bir sıra əməkdaşları ilə görüşmüşdür. N.Çernetsovun instituta gəlişinin məqsədi Zoologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsi ilə REA Zoologiya İnstitutunun kitabxanası arasında aparılan danışıqlar əsasında kitabların mübadiləsi olmuşdur. Görüş əsasında hər iki institutun fəaliyyəti haqqında məlumat verilib, elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bir sıra təkliflər irəli sürülüb. Müxbir üzv Nikita Çernetsova Zoologiya İnstitutunun rəhbərliyi tərəfindən son illərdə nəşr olunmuş kitablar təqdim olunub. Bundan əlavə REA Zoologiya İnstitutunun kitabxanasından ünvanlanmış rəsmi məktuba əsasən Zoologiya İnstitutunun kitabxanasında olan bir sıra nəşrlər həmin kitabxanaya göndərilib.

Görüşdən sonra müxbir üzv Nikita Çernetsov ailəsi ilə birlikdə Zoologiya İnstitutunun muzeyində eksponatlarla tanış olub.