XƏBƏRLƏR
846 Arxiv

2022.07.28

Zoologiya İnstitutu əməkdaşının yeni monoqrafiyası çapdan çıxıb

AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Simuzər Oruc qızı Mamedovanın "Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidiləri" adlı monoqrafiyası Elmi Şuranın qərarı ilə çapdan çıxmışdır. Monoqrafiyada Azərbaycanda yayılmış suda-quruda yaşayanlar və sürünənlərdə parazitlik edən koksidilərin növ tərkibi, yoluxma intensivliyi, onların koksidilərlə yoluxmasının ekoloji amillərdən asılılığı haqqında məlumat verilmişdir. Belə ki, kitabdan parazitoloqlar, zooloqlar və ekoloqlar istifadə edə bilərlər.