XƏBƏRLƏR
918 Arxiv

2022.06.29

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

29 iyun 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. İnstitutun yarımillik hesabatları haqqında söhbət açdıqdan sonra Ə.Eyvazov sözü institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədova verib.

Daha sonra iclasda, E. Əhmədov 2022-ci tədris ili üçün elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzuları haqqında, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Gülbəniz Nadirova isə doktorant və dissertantların attestasiyasınının nəticələri haqqında, institutun elmi katibi, b.ü.f.d., dosent Sara Əliyeva isə b.ü.f.d. Simuzər Mamedovanın “Azərbaycanda bəzi amfibi və reptili növlərinin koksidilər” adlı monoqrafiyasının çap təqdim olunması haqqında məruzələrlə çıxış ediblər.

İclasın sonunda müxtəlif məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.