XƏBƏRLƏR
1030 Arxiv

2022.06.20

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbovanın “Azərbaycanın cənub - şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yolları” mövzusu üzrə 2401.01 - “Zoologiya” ixtisasında fəlsəfə doktorluğu dissertasiya işinin Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən elmi seminarda müzakirəsi keçirilib. Tədqiqat işinin elmi rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Nağı oğlu Tağıyevdir.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, b.e.d., professor İlham Ələkbərov çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra elmi seminarın rəyi oxunaraq seminar iştirakçılarının diqqətinə çatdırılıb. Seminarın sonunda dissertasiya işinin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq Sevinc Rəcəbovanın “Azərbaycanın cənub - şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yolları” mövzusunun 2401.01 - “Zoologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi qeyd edilib və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.