XƏBƏRLƏR
137 Arxiv

2022.06.08

Zoologiya İnstitutunun əməkdaşı ekspedisiyada olub

Paleozoologiya laboratoriyasının m.v.i., b.ü.f.d. K.A.Tapdıqova 31 may-06 iyun 2022-ci il tarixində “Mingəçevir və Varvara su anbarlarının zooplanktonunun tədqiqi” mövzusu üzrə Mingəçevir şəhəri, Yevlax və Samux rayonlarında ekspedisiyada olub. 

Ekspedisiya müddətində  Mingəçevir su anbarından zooplankton nümunələri toplamaq üçün həm su anbarlarının sahil zolağından, həm də motorlu qayıqdan istifadə etməklə su anbarının 4 hissəsindən (çay, yarımgöl, göl, Xanabad körfəzi) materiallar toplanıb. Keyfiyyət nümunələri Mingəçevir su anbarının sahil zolağındakı lil (Xanabad körfəzi), qum və daş biotopundan (buxtalardan), lilli-qum, bitki biotoplarından götürülüb.

Bundan əlavə zooplanktonun biosenozda rolunu müəyyən etmək üçün Varvara su anbarından balıq nümunələri (çəki, çapaq, sıf, külmə) götürüldükdən sonra yarılmış mədə möhtəviyyatına işıq mikroskopu və lupa vasitəsi ilə baxılıb.

Hazırda nümunələrin laborator şəraitdə analizi davam etdirilir.