XƏBƏRLƏR
218 Arxiv

2022.06.07

"AMEA Zoologiya İnstitutunun əsərləri" adlı jurnalın "zoobio.az" veb-saytının təqdimatı keçirilib

AMEA Zoologiya İnstitutunda “AMEA Zoologiya İnstitutunun Əsərləri” adlı jurnalın “zoobio.az” veb-saytının təqdimatı keçirilib. Tədbirdə AMEA Zoologiya İnstitutunun elmi şura üzvləri, institutun mütəxəssisləri iştirak ediblər.  Əvvəlcə çıxış edən institutun baş direktor vəzifəsini icra edən,  a.e.ü.f.d., dosent Ələddin Eyvazov jurnalın saytının müasir dövrün tələblərinə uyğun yaradılmasının vacibliyini vurğulayıb. Sonra veb-saytın təqdimatını institutun icraçı direktoru b.e.d., dosent Elşad Əhmədov edərək, sayt haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Əhmədov jurnalın redaksiya heyəti, məqalələrin onlayn şəkildə jurnala göndərilməsi üçün hazırlanmış sistem haqqında, saytdan qeydiyyatdan keçmə, məqalələrin göndərilməsi qaydaları, saytda əhatəli axtarış sistemi və digər linklər barədə ətraflı məlumat verib.

Sonda veb-saytın təqdimatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü İlham Ələkbərov, professor Şaiq İbrahimov öz təkliflərini səsləndiriblər. Veb-saytın tərtibatçısı institutun mühəndis-proqramlaşdırıcısı Elşad Ovçiyevə verilən təkliflər nəzərə alınaraq, növbəti mərhələlərdə saytın fəaliyyətinin daha da təkmilləşdirilməsi qərara alınıb.